AZ

“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi- işi araşdırılır, barəsində qərar veriləcək...

Image

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə paytaxtda, istismar müddəti bitmiş, sovetlər dövründən qalma mindən çox lift müasir liftlərlə əvəz edilib və bu istiqamətdə işlər davam etdirilir:

"Bununla yanaşı şəhərin lift təsərrüfatında müəyyən problemlər qalmaqdadır və təcili müdaxilələrə zərurət yaranıb.

Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid edilib. Qeyd edilib ki, martın 26-da Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır.

Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib.

Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib.

Müşavirədə həm də Bakı şəhərində aparılan abadlıq-quruculuq işlərinin vəziyyəti müzakirə edilib. Bildirilib ki, paytaxtımız son illərdə böyük sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bununla əlaqədar abadlıq-quruculuq işlərinin daha da gücləndirilməsinə dair müvafiq tapşrıqlar verilib və şənbə günü paytaxt ərazisində geniş iməclik və ağacəkmə aksiyalarının keçirilməsi qərara alınıb".

Qeyd edək ki, 26 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılmış və hadisə komissiya tərəfindən araşdırılır. Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
5592
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
5541
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
887
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
880
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
880
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
852
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
829
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
496
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
313
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
289
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
279
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
217
Arda Gülər dayanmır, yenə fərqləndi -
155
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
139
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
136
Arda dubl etdi - VİDEO
135
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
119
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
116
“Mançester Siti” İngiltərə çempionu olub
104
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
104