Aprelin 4-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.
QOL.az xəbər verir ki, son Avropa çempionu olan Azərbaycan millisi FİFA reytinqində 2-ci yeri tutduğundan birinci səbətdə qərarlaşıb.
Millinin potensial rəqibləri arasında digər üç səbətdə yerləşən 15 komanda var.
Digər səbətlərin tərkibi:
2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.
3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.
4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.
Xatırladaq ki, Avropa çempionatı bu il, 1-9 iyun tarixlərində Sarayevoda keçiriləcək.