AZ

"Sosial şəbəkələr ilə bağlı yeni qanun qəbul edilməlidir"

Son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir.

"Sosial şəbəkələrin inkşaf etdiyi bir dövrdə yaşayırıq və  internetin verdiyi imkanlardan cəmiyyət olaraq  istifadə edirik. Qlobal dünyanın bir parçası kimi sosial şəbəkə reallığını  qəbul etməliyik. Lakin sosial şəbəkələrlə mübarizə aparmaq, ləğv etmək və yaxud övladlarımızı yaxın buraxmamaq kimi bir düşüncədə də olmamalıyıq". Bu fikirləri "Yeni Azərbaycan" - a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.

O, eyni zamanda bildirir ki, övladları  sosial şəbəkələri mənfi təsirlərindən qoruyub, onları daha müsbət  məqsədlər üçün istifadə etməyə yönləndirməliyik.

"Bildiyimiz kimi "TikTok" sosial şəbəkəsi Çində ərsəyə gəlib, lakin orada istifadə olunmur. Onun analoqu yaradılıb və həmin analoqdan istifadə olunur. Hətta ondan  istifadə zamanı böyüklər və uşaqlar üçün limitlər müəyyənləşdirilib. Böyüklərə ona görə limit müəyyənləşdirilib ki, onlar məcradan həddindən çox istifadə etməsinlər  və bu, onların əmək məhsuldarlığına təsir göstərməsin. Uşaqlarda isə yaranacaq  müəyyən sindromların qarşısını almaq üçün limit müəyyən  edilib. Belə ki, uşaqlar üçün limit 40 dəqiqə təyin olunduğu halda, böyüklər üçün  gecə saat 10-dan, səhər saat 8-dək istifadəsi qadağan olunub. Eləcə də digər ölkələrdə də oxşar qadağalar var".

Qeyd edək ki, ABŞ-da sosial şəbəkənin qadağan olunması ilə bağlı dinləmələr keçirilib. Və digər ölkələrdə də analoji olaraq  sosial şəbəkələrin fəaliyyəti ilə bağlı narazılıqlar var.

Xatırladaq ki, Almaniyada 2017-ci ildə sosial şəbəkə operatorları ilə belə bir razılıq əldə olunub ki, sosial şəbəkə vahidlərində trol adlarla, saxta imzalarla daxil olub, kimisə təhqir edən, əxlaqa zidd hərəkətlər edənlərin kimliyi müəyyənləşdirilib və onlara cəza tətbiq olunması üçün qərar qəbul olunsun.  Məsələn; Fransa, Polşa, qardaş Türkiyədə sosial şəbəkə fəaliyyətini tənzimləyən qaydalar təmin olunub.

Ü.Şəfiyev bildirir ki,  Azərbaycanda da “TikTok” sosial şəbəkə vahidindən istifadə edən  kifayət qədər istifadəçilər var: "Əlbəttə bu sosial şəbəkə vahidindən faydalı məqsədlər üçün də istifadə edirlər. Ancaq çox əfsuslar olsun ki, bəzən "TikTok" sosial şəbəkə vahidində  anormal məqsədlər üçün, əxlaqa, hüquqa zidd davranışlar sərgiləyən görüntülər də var. Hesab edirəm ki, bu gün artıq sosial şəbəkə vahidlərinin istifadəçi kütləsinə təsirini, neqativ təsirini nəzərə alaraq onların fəaliyyətini tənzimləyən qanun da olsa, daha yaxşı olar.  Sosial şəbəkə vahidlərinin istifadəçilərinə nədənsə elə gəlir ki, insanlar orada istədiklərini bölüşə, paylaşa, danışa, istədiyi hərəkəti edə və hətta kimlərisə aşağılaya bilərlər.  Ancaq bilmirlər ki, bu çox yanlış fikirdir. Real həyatda onların əxlaqa zidd davranışları hüquqi, sosial məsuliyyət yaratdığı kimi virtual aləmdə də bu məsuliyyət olmalıdır.

Güman edirəm ki, bununla bağlı istifadəçilər məlumatlandırılmalıdır".

Havar Şəfiyeva

phrase_var_article.chosen
4
21
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close