AZ

Baş nazir xəbərdarlıq edib

"Xarici agentlərlə" bağlı qanunun təsdiqinə heç kim mane ola bilməz".
Gürcüstan mətbuatı yazır ki, bu barədə Baş nazir İrakli Kobaxidze bildirib.
Baş nazir iddia edir ki, qanun layihəsi əvvəldən axıra qədər qəbulediləndir və heç bir sual doğurmur.
"Demokratik cəmiyyətdə şəffaflığın alternativi yoxdur, heç kim buna haqq qazandıra bilməz. Şəffaflıq niyə pis ola biləcəyi barədə müzakirələri dinləyirik. Dünən qeyri-hökumət təşkilatlarından birinin nümayəndəsinin etirafını dinlədik.Dedi ki, məzmuna girməməliyik, belə bir açıqlama verdi və məzmun hakimiyyətin sahəsidir. Bu qanun layihəsində nəzərdə tutulan yeganə öhdəlik qeyri-hökumət təşkilatlarının, KİV-lərin maliyyələrinin illik bəyannaməsidir və onlar bizə sübut edirlər ki, şəffaflıq Rusiyadır, qeyri-şəffaflıq Avropadır. Ötən il onlar cəmiyyətin əhəmiyyətli bir hissəsini çaşdıra bildilər, dəyərləri alt-üst etdilər, amma əminəm ki, bir daha bunu edə bilməyəcəklər”, - Kobaxidze bildirib.
Cavid

Seçilən
148
21
Mənbələr
Şərh ()
Bağla