AZ

“Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur” – Zaxarova


“Aprelin 5-nə planlaşdırılan Ermənistan-Aİ-ABŞ görüşü Moskvada narahatlıq doğurur, çünki Vaşinqton və Brüssel açıq şəkildə onun anti-Rusiya oriyentasiyasından danışır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Onlar bunu birbaşa, açıq mətnlə deyirlər”, - diplomat öz “Telegram” kanalında yazıb.
Görüşü şərh edən Zaxarova qeyd edib ki, bütün dünyanın gözü qarşısında Ermənistan erməni xalqının köklü maraqlarına tamamilə zidd olan kollektiv Qərbin son dərəcə təhlükəli planları üçün alətə çevrilir.
phrase_var_article.chosen
31
32
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close