AZ

Ermənistan ABŞ-nin ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını xatırlasın - Zaxarovadan qarşıdakı Brüssel görüşü ilə bağlı AÇIQLAMA (VİDEO)

Bakı. Trend:

Qoy Ermənistan ABŞ-nin özünün ən yaxın müttəfiqlərini haraaparıb çıxardığını xatırlasın.

Trend xəbərverir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuatxidmətinin rəhbəri Mariya Zaxarova "Zvezda" telekanalının efirindəaprelin 5-də Brüsseldə keçiriləcək Aİ-ABŞ-Ermənistan görüşünü şərhedərkən bildirib.

Onun sözlərinə görə, NATO hər hansı ölkəyə vədlər verirsə sualvermək lazımdır ki, bundan əvvəl bu onlarda nə vaxt alınıb.

"ABŞ-nin Yaxın Şərqi və özünün ən yaxın müttəfiqini saldığıqorxunc boşluğu heç kim bilmirdi. Qoy Ermənistan və erməni xalqıbizim üçün, ali hədəflər üçün olmasa da, özü üçün bunu xatırlasınvə bilsin. Dördtərəfli, üçtərəfli, yaxud digər hər hansı format vəformalarda görüşlər planlaşdırıldıqda bax bu vacibdir. Qoy onlarABŞ-nin özünün ən yaxın müttəfiqlərini hara aparıb çıxardığınıxatırlasınlar",- deyə Zaxarova əlavə edib.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziriNikol Paşinyanın Avropa Komissiyasının prezidenti Ursula fon derLyayen və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşükeçiriləcək.

Avrop İttifaqı (Aİ) görüş öncəsi tədbirin müstəsna olaraqiqtisadi xarakter daşıdığını iddia edərək özünə haqq qazandırmağabaşlayıb.

Baş verənlərdən xəbərdar olmayanlar üçün bu bəraətlərin fonundaAİ necə də xeyirxah görünür. Əslində isə Aİ-nin Ermənistandakımissiyasının hərbiləşdirilməsi prosesi gedir, ölkəyə silahlartədarük olunur ki, bu da sülh prosesinə heç cür töhfə verəbilməz.

Bu səbəbdən, Aİ Brüsseldəki görüşün əsl məqsədini nə qədərgizlətməyə çalışsa da, bunun faktiki olaraq regionda gərginliyinartmasına səbəb olacağı açıq-aşkardır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
123
32
Mənbələr
Şərh ()
Bağla