AZ

“Qarabağ” sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər

2023/24 mövsümü Misli Premyer Liqasının qalibi bu həftə müəyyənləşə bilər. 

Sabah 28-ci turda lider "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşacaq. Ağdam təmsilçisi qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək və tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq. 

Qeyd edək ki, 27 turdan sonra "Qarabağ"ın 66, ikinci və üçüncü yerlərdə qərarlaşan "Sabah"la "Neftçi"nin isə 40 xalı var. Qurban Qurbanovun komandasının və onun ən yaxın izləyicilərinin növbəti turda qələbəsi təqdirində çempionatın bitməsinə 8 tur qalmış komandalar arasında xal fərqi yenə 26 olacaq. Bu o deməkdir ki, "Qarabağ" hətta bundan sonra bütün 8 matçda uduzsa, ikinci pillədəki komanda isə bütün oyunlarda qalib gəlsə belə, ağdamlılar liderliyi əldən verməyəcəklər. Ağdam klubu üçün ən pis halda yekunda liderlə ikinci pillə arasında xal fərqi cəmi 2 olacaq (69 və 67). 

Bundan başqa, "Kəpəz"lə oyunda mümkün heç-heçə də "Qarabağ"ı çempion edir. Bu halda Ağdam klubunun 67-i xalı olacaq. Sonrakı bütün oyunlarda "atlılar" uduzsa və ikinci pilllədəki komanda bütün görüşlərdə qələbə qazansa, yekunda xallar bərabərləşəcək. Azərbaycan çempionatının əsasnaməsinə görə, liderlə ikinci yer arasında xal fərqi bərabər olarsa, qalib şəxsi oyunlardakı göstəriciyə əsasən müəyyənləşir. Bu mövsüm isə "Qarabağ" şəxsi oyunlarda həm "Neftçi"dən (3 oyun, 3 qələbə), həm də "Sabah"dan üstün olub (3 oyun, 2 qələbə, 1 heç-heçə).

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı martın 29-u, saat 19:00-da başlanacaq. Turun digər oyunlarının təqvimi isə belədir:

29 mart 

16:30. "Qəbələ" - "Neftçi"

30 mart

16:30. "Səbail" - "Turan Tovuz"

19:00. "Sabah" - "Zirə"

31 mart

18:00. "Sumqayıt" - "Araz-Naxçıvan" 

 

Mənbə: yenisabah.az

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18329
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12917
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10245
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4564
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4242
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3417
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3193
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2735
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2402
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2152
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1650
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1136
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1012
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1004
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
910
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
810
Arda dubl etdi - VİDEO
805