Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında martın 23-də hava şəraitininbəzi yerlərdə arabir yağış yağacağı, səhər kəsiləcəyi, gün ərzindəəsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, səhərbəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.Havanın temperaturu gecə 4-6°, gündüz 8-12° olacaq. Atmosfertəzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın bəzi yerlərində havanın arabir yağıntılı olacağı,dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəintensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq.Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8°, gündüz 13-18°, dağlarda gecə 3°şaxtadan 2°-dək, gündüz 4-9° olacaq.