Havanın temperaturu gündüz Bakıda və Abşeron yarımadasında 6-11° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
www.anews.az