AZ

Bu günün hava proqnozu

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.Bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Havanın temperaturu gündüz Bakıda və Abşeron yarımadasında 6-11° olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gündüz 9-14°, dağlarda gündüz 2° şaxtadan 3°-dək olacaq.

www.anews.az
Seçilən
277
49
anews.az

10Mənbələr