AZ

"Neftçi" darmadağınla ikinci pilləyə yüksəldi

Tarix: 16 Mart 2024 07:16

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, günün yeganə qarşılaşmasında "Neftçi" doğma meydanda "Səbail"i qəbul edib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 40-a çatdıran "Neftçi" ikinci pilləyə yüksəlib. "Səbail" isə 37 xalla beşinci sırada qərarlaşıb.
Qeyd edək ki, III dövrənin son turunun digər qarşılaşmaları martın 16-17-də oynanılacaq.
Milli.Az

Seçilən
159
7
sonxeber.net

10Mənbələr