AZ

“Neftçi” “Səbail”ə böyük hesabla qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

KONKRET.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

23-cü dəqiqədə “Səbail”in müdafiəçisi Nir Bardea avtoqol müəllifi olub.

“Ağ-qaralar”ın heyətində cəmi 3 dəqiqədən sonra Azər Salahlı fərqlənib. Matçın yekun nəticəsini isə 85-ci dəqiqədə Yeqor Boqomolski müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 40-a çatdıran “Neftçi” ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla beşinci sırada qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
8
konkret.az

10Mənbələr