AZ

Peşəkar aktyor 12 ildir ki, dilənçi qiyafəsində çörək pulu qazanır - FOTO

"O, çirkli sifəti, kədərli gözləri və sadə geyimi ilə turistləri əllərini ciblərinə salıb zavallıya kömək etməyi məharətlə bacarır..."
 
"Çində orta əmək haqqı 4 min dollar olduğu halda, Lu ayda 10 min dollara yaxın qazanc əldə edir..."
 
Son 12 il ərzində Çinin peşəkar aktyoru populyar yerdə dilənçi qiyafəsində xeyirxah insanlardan pul və yemək əldə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Oddity Central" nəşri yazıb.
 
Lu Tszinqanı iş başında görəndə düşünmək olar ki, o, yoxsul adamdır, güclə dolanır, amma bu, ona görədir ki, o, öz işinin öhdəsindən yaxşı gəlir.
 
Lu Çinin Xenan əyalətində "Tsinmin Şanxe" mənzərəli bağında "işləyir". Özünün çirkli sifəti, kədərli gözləri və sadə geyimi ilə turistləri zavallıya kömək etməyə vadar etməyi məharətlə bacarır.
 
Özünü kasıb göstərməyi yaxşı bacarsa da, əslində isə o, belə birisi deyil. Məlumata görə, istedadlı aktyor ayda 70 min yuan (9 730 dollar) qazanır.
 
"Time Doctor"-un məlumatına görə, Çində orta əmək haqqı 29 min yuandır (4 min dollar), bu da Li Tszinqanı Asiyanın bu ölkəsində ən yüksək məvacib alanlardan birinə çevirir.
 
Bəziləri onu Çində ən varlı dilənçi adlandırır, bu da texniki cəhətdən həqiqətə uyğun deyil, çünki o, peşəkar aktyordur və gəlir əldə etmək üçün dilənçi rolunu oynayır.
 
Lu deyir ki, karyerasının belə qeyri-adi yolunu ona görə seçib ki, o, sadəcə, çıxış etməyi xoşlayıb, bu da ona dinləmələr keçmədən bunu etmək imkanı verib.
 
Ailəsi əvvəlcə ona dəstək verməyib, bu da aydındır, lakin onun ay ərzində yaxşı qazandığını görəndən sonra öz fikrindən daşınıb.
 
Zamanla öz roluna və çıxışına uyğunlaşandan və internetdə tanınandan sonra Lu Tszinqan getdikcə insanların simpatiyasını və onların pullarını qazanmağı daha yaxşı bacarıb.
Onun sadə geyimi, çirkli sifətinin kədərli ifadəsi və yalvarışları elə mənzərə yaradır ki, insanları əllərini ciblərinə salıb ona kömək etməyə vadar edir.
 
Lunun aylıq qazancı sosial şəbəkələrdə qızğın diskusiyalara səbəb olub, çoxları da ona qibtə edib.
 
İstifadəçilərin yazdıqlarından bəzi nümunələr maraq doğurur.
 
"O, məndən xoşbəxtdir, əsl dilənçi elə mənəm..."
 
"Deyəsən, mən də işimi atıb dilənçilik edəcəyəm..."
 
"Maraqlıdır ki, Lu Tszinqan insanlara "Tszinmin Şanxe" bağına gəlib dilənçi rolunda özlərini sınamağa çağırış etməyib, çünki çıxışları ilə təcrübə qazanan adamla rəqabət aparmaq onlar üçün çətin olardı..."
Seçilən
287
50
moderator.az

10Mənbələr