AZ

Uill Smitin qızı buna görə çılpaq poza verdi - FOTO

“Oskar” mükafatlı Hollivud aktyoru Uill Smitin 23 yaşlı qızı Uillou Smit "Symptom Of Life" adlı yeni mahnısının təqdimatlarına başlayıb. 

 

Sfera.az bildirir ki, Uillou sosial şəbəkələrdə mahnı təqdimatı üçün ağ-qara fonda çılpaq fotosunu yayımlayıb.

 

Fotoda o, sinəsini sıxaraq, gözləri qapalı, təkcə cins şalvarda pozalar verir. Gənc müğənninin saçlarına çubuqlardan ilhamlanmış aksessuarlarla, həndəsi formada və qabarıq şəkildə forma verilib.

 

Uillou 10 yaşından musiqi ilə məşğuldur. Onun "Symptom Of Life" adlı yeni trekinin premyerası isə martın 12-nə planlaşdırılır.


Bir neçə gün əvvəl Uillou yeni mahnısının ilk kadrlarını əks etdirən video da paylaşmışdı. Demo versiyada qızın yaşıl fonda stulda oturduğu əks olunub.

 

O, ağ top və yüksəkbel cins şalvar geyinib.


Qeyd etdiyimiz kimi, Smit uzun müddətdir ki, musiqi ilə məşğuldur. O, 10 yaşında ilk mahnısı olan "Whip My Hair" mahnısını buraxıb. Bundan başqa, o, “Machine Gun Kelly”nin açılış aktyoru kimi debüt etməyi bacarıb. Bu layihədə o, həm də böyük qardaşı Jaden ilə birlikdə iştirak edib.

 

Aynil

Sfera.az

Seçilən
307
50
sfera.az

10Mənbələr