Azərbaycan Dövlət Neft Fondunun Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağından əldə etdiyi gəlir 2024-cü ilin əvvəlindən martın 1-dək təxminən 7 dəfə azalıb.
Publika.az xəbər verir ki, yanvar-fevral aylarında gəlir 78,5 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 456,26 milyon və ya 6,82 dəfə azdır.
“Şahdəniz” yatağından hasilatın pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib.