AZ

“Real”ın qolunu qeydə almadı, işindən kənarlaşdırıldı

La Liqanın 27-ci turunun “Real” – “Valensiya” matçının baş hakimi Xesus Gil Manzano müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb hakimin sözügedfən görüşdəki qərarları olub.

Futbolinfo.az xəbər verir ki, o, 90+9-cu dəqiqədə “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemin vurduğu qolu qeydə almayıb. Qərar bununla izah olunub ki, qol vurulmazdan əvvəl – top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fiti səsləndirib.

Bundan sonra “Real”ln futbolçuları hakimlə mübahisəyə başlayıblar. Sayılmayan qolun müəllifi Bellingemə isə qırmızı vərəqə göstərilib.

“Real” məsələ ilə əlaqədar etirazını bildirib. La Liqa rəhbərliyi Manzanonu müvəqqəti olaraq işindən kənarlaşdırıb. Cəzanın müddəti isə qeyd olunmayıb.

Seçilən
161
33
futbolinfo.az

10Mənbələr