AZ

“Real”ın müraciəti rədd edildi

“Real”ın “Valensiya” ilə matçın sonunda qırmızı vərəqə alan yarımmüdafiəçisi Çud Bellingemin diskvalifikasiyası ilə bağlı müraciəti rədd edilib.



Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Cope” nəşri yayıb.



La Liqanın 27-ci turunda “Valensiya” ilə matçın 90+9-cu dəqiqədə Bellingem Brahim Diasın ötürməsindən sonra fərqlənsə də, baş hakim Jesus Gil Mansano qolu qeydə almayıb. Baş hakim bir neçə saniyə əvvəl cərimə meydançasına ötürmə zamanı matçı bitirmək üçün fitini səsləndirib. Bundan sonra hakim qəzəblənən Bellingemi meydandan qovub.



Bellingem bu mövsüm bütün yarışlarda 31 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. İngiltərəli futbolçu növbəti iki La Liqa oyununu buraxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərÇud Bellingem real

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
9
komanda.az

10Mənbələr