AZ

"Real"a şok xəbər: Vinisiusu ağır cəza gözləyir

"Real"ın futbolçusu Vinisius Junior cəzalandırıla bilər.

Publika.az xəbər veirr ki, buna səbəb onun La Liqanın 27-ci turunun “Valensiya” ilə oyunundan sonra (2:2) verdiyi açıqlama olub. Braziliyalı futbolçu matçdan sonra Madrid klubunun kanalına danışarkən icazə verilmədiyi üçün qalib gələ bilmədiklərini bildirib.

Vaxtilə “Valensiya”nın futbolçusu Xose Qayya belə sözlərə görə diskvalifikasiya olunmuşdu. La Liqanın nizam-intizam komitəsi Vinisiusa qarşı oxşar iş açsa, o, 4 oyunluq cəza ilə üzləşəcək.

Qeyd edək ki, qarşılaşmanın son hücumunda "Real" qol vursa da, hakim bir neçə saniyə əvvəl final fitini çalıb və qolu saymayıb.

Seçilən
159
9
publika.az

10Mənbələr