AZ

Avtobusda məktəbli qız zorlandı

Rusiyanın Moskva şəhərində 41 yaşlı kişi avtobusda 11 yaşlı qızı zorlayıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə fevralın 27-də baş verib. Moskva sakini avtobusda məktəbli qıza təcavüz edib, daha sonra oradan qaçıb. Qız başına gələnləri anasına danışıb. O, polisə ərizə yazıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayıblar.

Onun barəsində Cinayət Məcəlləsinin 132-ci “Seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə cinayət işi açılıb. Tezliklə kişi barəsində qabaqlayıcı tədbir seçiləcək, o, həm də psixoloji və psixiatrik məhkəmə-tibbi ekspertizasına göndəriləcək.

Seçilən
268
50
lent.az

10Mənbələr