AZ

Rihanna və 3 gün 3 gecə - Qızına 100 milyonluq toy edən milyarder indi oğlunu evləndirir

Hindistanın ən zəngin adamı Mukeş Ambani gələn ay kiçik oğlu, 28 yaşlı Anant Ambani üçün dünyanın ən bahalı toy mərasimini keçirməyə hazırlaşır.

Publika.az "Manset.az"a istinadən xəbər verir ki, hindistanlı milyarderin toy üçün dünya şöhrətli müğənni Rihanna ilə razılaşdığı bildirilir.

Partidə məşhur müğənni Rihannanın çıxış edəcəyi, illüziyaçı Devid Bleynin isə xüsusi şou göstərəcəyi gözlənilir. Qonaq siyahısında hindli milyarderlərdən tutmuş Bollivud məşhurlarına qədər hər kəsin olduğu, Bill Qeyts, Mark Zukerberq və İvanka Trampın da olduğu bildirilib. Toyda qonaqların eyni yeməyi yeməsinin qarşısını almaq üçün 3 gün ərzində 2500 ayrı menyunun təqdim edilməsi gözlənilir.

Toy şənlikləri Qucaratda 3000 hektarlıq bağda təşkil olunacaq. Bağda 10 milyondan çox ağacın və Asiyanın ən böyük manqo bağının olduğu, həmçinin, Ambaninin heyvanların xilasetmə və reabilitasiya mərkəzinin də olduğu bildirilir. Bağda həm Hindistandan, həm də dünyanın hər yerindən bəbirlər, pələnglər, şirlər də daxil olmaqla 2000 xilas edilmiş heyvan yaşayır.

Seçilən
195
10
publika.az

10Mənbələr