Böyük Britaniyanın sabiq Baş naziri Uinston Çörçilin (1874-1965) protez dişləri hərracda satılıb.
Qızıl çərçivəli protez yeni sahibinə 18 min funt sterlinqə (təxminən 38 min 640 manat) başa gəlib.
Qeyd edək ki, mütəxəssislər onu 5-8 min funt sterlinq arasında qiymətləndirirdilər. Sözügedən protez 2010-cu ildə 15.200 funt sterlinqə satılmışdı. (axşam.az)