Xocalıda dəhşətli soyqırımı aktını törədən hərbi cinayətkarlar qanun qarşısında cavab verəcəklər.Azadmedia.az-ın məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.Belə ki, politoloq qeyd edib ki, erməni hərbi cinayətkarlarının cəzalandırılması ilə bağlı ədalətli tələbləri bölüşür.“Xocalıya ədalət, ilk növbədə, o zamankı Ermənistanın dəhşətli siyasətinin nəticəsi olan günahsız mülki qurbanların xatirəsinə ehtiramdır”, - İ.Korotçenko vurğulayıb.Həmçinin onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası məsələsində ədalət ikinci Qarabağ müharibəsinin nəticələri, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri sayəsində zəfər çalıb: “Bu gün ölkə səmərəli şəkildə inkişaf edir. müharibənin yaraları sağalır, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün genişmiqyaslı proqram qəbul edilib”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta