Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan Tovuz" "Neftçi"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov və Kamran Əliyevdən ibarət hakimlər briqadasının idarə etdiyi oyunun 72-ci dəqiqəsində Yeqor Boqomolski hesabı açıb. 89-cu dəqiqədə isə Fərid Nəbiyev tovuzluların bərabərlik qolunun müəllifi olub.
Misli Premyer Liqası,
24-cü tur
24 fevral (şənbə)
15:00.“Turan Tovuz” 1–1 “Neftçi”
Qollar: Yeqor Boqomolski, 72 (0:1), Fərid Nəbiyev, 89 (1:1)
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
Tovuz şəhər stadionu