AZ

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

Ağırlıqqaldırma üzrə tanınmış mütəxəssis, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi Qubad Cəbrayılov dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasını rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Qubad Cəbrayılov 1939-cu il aprel ayının 15-də Masallı rayonunda anadan olub. Karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə Respublika rekordçusu, çempionu və mükafatçısı olub, idman ustası normativini yerinə yetirib, Respublika yığma komandasının üzvü kimi müxtəlif miqyaslı yarışlarda Azərbaycanı təmsil edib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
20
dogru.az

10Mənbələr