AZ

Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi - FOTO

Ağırlıqqaldırma üzrə tanınmış mütəxəssis, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi Qubad Cəbrayılov dünyasını dəyişib.

Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasını feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Qubad Cəbrayılov 1939-cu il aprel ayının 15-də Masallı rayonunda anadan olub. Karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə Respublika rekordçusu, çempionu və mükafatçısı olub, idman ustası normativini yerinə yetirib, Respublika yığma komandasının üzvü kimi müxtəlif miqyaslı yarışlarda Azərbaycanı təmsil edib.

Qubad Cəbrayılov həmçinin beynəlxalq dərəcəli hakim olub, 1998-ci ildən müxtəlif beynəlxalq turnirlərdə ölkəmizi təmsil edib.

Mərhuma 1996-cı ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 2011-ci ildə isə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi adları verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
20
baku.ws

10Mənbələr