AZ

Bayden Vaşinqtonda Yaponiyanın Baş nazirini qəbul edəcək

ABŞ Prezidenti Cozef Bayden aprelin 10-da Vaşinqtonda Yaponiyanın Baş naziri Fumio Kişidanı qəbul edəcək..."Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən brifinqdə bildirib.Onun sözlərinə görə, liderlərin görüşündə ikitərəfli münasibətlərin əhəmiyyəti, Hind-Sakit Okean tərəfdaşları ilə əməkdaşlığı gücləndirmək səyləri ön plana çəkiləcək."Yaponiya ilə əməkdaşlığı necə dərinləşdirəcəyimizə, Hind-Sakit Okean regionunda bir sıra çağırış və təhdidlərə qarşı birgə işləyəcəyimizə dair fəal müzakirələr gözləyirik. Buraya, həmçinin Cənubi Koreya ilə əməkdaşlıq məsələsi də daxildir”, - C.Kirbi vurğulayıb.Xatırladaq ki, Yaponiya Baş nazirinin ABŞ-yə əvvəlki səfəri 2023-cü ilin yanvarında baş tutub.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
349
3
poliqon.az

10Mənbələr