AZ

"İran qanadlı raketlər və kəşfiyyat helikopterləri əldə edib - "Reuters"

 
"Talaeiyeh" uçuş məsafəsi min metrədək olan və uçuşun ortasında hədəflərini dəyişə bilən "ağıllı" qanadlı raketdir..."
 
"Bu raketlər İranın qərb əyalətlərindən buraxılacağı təqdirdə İsrail ərazisinə çatmaq üçün yetərlidir...
 
Dekabrın 13-də Hind okeanında kimyəvi maddələr daşıyan tankerə hücumdan sonra İranın yeni uzaqvuran raketlərə malik olduğu üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
İranın Hərbi-Dəniz Donanması "Talaeiyeh" və "Nasir" qanadlı raketlər əldə edib, bunlar Konorak limanındakı hərbi-dəniz bazasına çatdırılıb.
 
Yerli KİV-lər İranın Hərbi-Dəniz Donanmasının rəhbəri Şəhram İraninin bəyanatına istinadən bu qüvvələrin güclənməsi barədə informasiya açıqlayıb.
 
"Talaeiyeh" qanadlı raketin uçuş məsafəsi min metrədəkdir və uçuşun ortasında hədəflərini dəyişə biləcək "ağıılı" qanadlı raketdir", - agentlik nazirin sözlərindən iqtibas gətirib.
 
Söhbət təkcə raketlərdən deyil, həm də Tehranı gücləndirən kəşfiyyat helikopterləri və yeni pilotsuz uçuş aparatlarından gedir.
Məmurun sözlərinə görə, bu texnika İranın hərbi sənayesi tərəfindən işlənib hazırlanıb və istehsal edilib.
 
Hind okeanında tankerə hücum - bəlli olanlar
 
Dekabrın 23-də Liberiya bayrağı altında üzən ticarət gəmisi Hind okeanında PUA hücumuna məruz qalıb. Söhbət kimyəvi maddələr daşıyan tankerdən gedir. Güman edilib ki, bu tədarüklər İsrail ilə bağlı olub.
 
Mütəxəssislər qeyd edir ki, uçuş məsafəsi 1000 km olan raketlər İranın qərb əyalətlərindən buraxılacağı təqdirdə döyüş başlıqlarının İsrailə çatması üçün yetərlidir. Öz növbəsində uçuş məsafəsi 100 km olan "Nasir" raketi həmçinin hərbi gəmilərdə quraşdırıla bilər.
 
Tankerə hücum faktı ABŞ tərəfindən təsdiq edilib və İran pilotsuz uçuş aparatının buraxılmasında ittiham edilib. 
 
Vaşinqtonun məlumatına görə, silah Hindistan sahillərindən 200 dəniz mili məsafəsindən buraxılıb. Hərbi icmalçılar güman edir ki, pilotsuz uçuş aparatı birbaşa İran ərazisindən, yaxud İranın hərbi gəmisindən buraxılıb.
 
Dekabrın 12-də STRINDA tankeri husilərin hücumunun qurbanı olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
8
moderator.az

10Mənbələr