AZ

Cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bəlli oldu

Bu gün – dekabrın 15-də Hövsan qəsəbəsində qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.

Arena.az xəbər verir ki, yarışdan öncə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin (GİN) idman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katib Rəşad Rəsullu çıxış ediblər. Elnur Məmmədov turnir iştirakçılarını salamlayaraq, ACF-in ölkədə cüdonun inkişafında göstərdiyi təqdirəlayiq səyləri qeyd edib. O, Federasiyanın il ərzində əldə etdiyi mühüm nailiyyətləri vurğulayaraq, Azərbaycanda cüdoçuların sayının təxminən 19 min nəfərə çatdığını bildirib.

Rəşad Rəsullu çıxışında Azərbaycan çempionatı ilə bağlı məlumat verib və 26 şəhər və rayondan 300-dən çox cüdoçunun yarışda iştirak etdiyini vurğulayıb.

Açılış mərasimi Azərbaycan cüdoçularının il ərzində beynəlxalq arenada əldə etdikləri nəticələri əks etdirən qısa videoçarxın nümayiş etdirilməsi ilə yekunlaşıb.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu tatamiyə çıxıb. Qadınlar arasında -48 və -63 kq, kişilər arasında isə -60 və -81 kq çəki dərəcələrinə qaliblər müəyyənləşib.

Qeyd edək ki, 3 gün davam edəcək çempionatda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan çempionatında ilk günün qalibləri

Qadınlar

-48 kq

  1. Şəfəq Həmidova
  2. Ramilə Əliyeva
  3. Xumar Qasımzadə
  4. Leyla Dəmirova

-63 kq

  1. Leyla Əliyeva
  2. Kamilla Töhöliyeva
  3. Diana Şoranova
  4. Leyla Atayeva

Kişilər

-60 kq

  1. Nazir Talıbov
  2. Babarəhim Mirzəyev
  3. Hüseyn Allahyarov
  4. Kənan Hüseynov

-81 kq

  1. Məmmədrza Hacızadə
  2. Kərim Allahverdiyev
  3. Ömər Rəcəbli
  4. Qədir Hüseynov
Seçilən
76
3
arena.az

5Mənbələr