Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:
"Tərəqqi" medalı ilə
Məmmədova Kamina Qavil qızı
"Hərbi xidmətlərə görə" medalı ilə
Allahverdiyev Extibar Yadulla oğlu - polkovnik
Əliyev Elçin Alastun oğlu - polkovnik
Əmirov Ziyafət Məsim oğlu - polkovnik
İsmayılov Azər Valeh oğlu - polkovnik
Nəsirov Elşad Haqverdi oğlu - polkovnik
Fətullayeva Mehparə Dayış qızı - polkovnik-leytenant
Məhərrəmov Namiq Əliəddin oğlu - polkovnik-leytenant.
2. Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə "Əməkdar müəllim" fəxri adı verilsin.