AZ

Messi Braziliya ilə oyunda zədələnib

Argentina millisinin hücumçusu və kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya ilə oyunda (1:0) zədələndiyini bildirib.“Report” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb."Əzələmdə narahatlıq hiss etdim. Bu, ilin son oyunu idi, ona görə də sağalmağa vaxtım var ki, 2024-cü ilə tam hazır başlaya bilim", - Messi deyib.Matç Rio-de-Janeyrodakı (Braziliya) “Marakana” stadionunda Bakı vaxtı ilə saat 04:30-da başlamalı idi. Lakin yaranan iğtişaşlar səbəbindən start fiti gecikib - tribunada azarkeşlər arasında dava düşüb. Messi komandasını meydandan çıxarıb, lakin yarım saatdan sonra argentinalı futbolçular geri qayıdıblar.Argentina millisi Cənubi Amerika turnirində 15 xal toplayaraq seçmə turnirin vahid lideridir. Braziliyalılar siyahıda altıncıdır (7 xal).Ötən il dekabrın 18-də Dünya Kubokunun finalında Argentina yığması Fransa komandasına qalib gələrək kubokun yeni qalibi olub.

Seçilən
588
50
sherg.az

10Mənbələr