AZ

Arvadını öldürməkdə şübhəli bilinən 70 yaşlı kişi özünü asdı

Bakıda arvadını qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı kişi intihar edib.

Bu barədə Sabah.az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 29-u saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərin birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
6
41
sabah.az

10Mənbələr