AZ

Arvadını öldürməkdə şübhəli bilinən 70 yaşlı kişi özünü asdı

Bakıda arvadını qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı kişi intihar edib.

Bu barədə Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 29-u saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən mənzillərin birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1954-cü il təvəllüdlü Azər Rəfiyevin birgə yaşadıqları mənzildə arvadı 1961-ci il təvəllüdlü İradə Rəfiyevaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
1
41
oxu24.com

10Mənbələr