AZ

Qərbi Azərbaycan Xronikası: Ağsu, Ağtala, Ağtəpə, Ağudi - Türk tarixinin izi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "İki əsr tarixi olan kəndi ermənilər niyə ləğv edib?" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin "addəyişmə terroru"na məruz qalan Ağsu, Ağtala, Ağtəpə, Ağudi toponimi və hidronimləri haqqında söz açılıb.
Bildirilib ki, tayfa xisləti ilə yaşayan haylar türk-oğuz yurdlarını yalan, izitirmə və ləğvetmə siyasəti ilə girova çeviriblər.
Ağsu - Zəngəzur mahalının Qafan rayonunda çay adıdır. Bu hidronimin adı "keyfiyyətli, yararlı" mənasında işlənən "ağ" sözü ilə "çay" mənasında işlənən "su" sözünün birləşməsindən əmələ gəlib.
Ağsu - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazisində kənd olub. Burada 1829-cu ildən azərbaycanlılar yaşayıb. XIX əsrin axırlarında kənd ləğv edilib və indi xarabalığa çevrilib.
Ağsu çayı - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda çay adıdır.
Ağtala - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayon ərazisində kənd olub. 1930-cu illərdə indiki Ermənistan hökumətinin göstərişi ilə kənd ləğv edilib.
Ağtəpə - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun ərazisində kənd olub. XX əsrin ortalarında azərbaycanlılar deportasiya edilib və kənd ləğv olunub. İndi ölü kənddir.
Ağudi - Zəngəzur mahalının Sisyan rayonunda kənd adıdır. Azərbaycanlılar buradan 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq vəhşicəsinə qovulublar. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan 22 nəfər evinə qayıdıb. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar yenidən etnik torpaqlarından tamamilə qovulublar. 1991-ci il aprelin 19-da kəndin adı dəyişdirilib Aqitu qoyulub.
Sonda vurğulanıb ki, adıçəkilən yer-yurd adlarının mənası, mənşəyi və yayılma arealı xalqın tarixi keçmişini özündə əks etdirən güzgüdür: "Yaddaşlara həkk olunan bu toponimlər Qərbi Azərbaycanın tarixi və nümunəsi olmaqla yanaşı, Qərbi azərbaycanlıların yaşadığı acıların, deportasiya faciəsinin qədim şahidləridir".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
Seçilən
13
2
oxu.az

4Mənbələr