AZ

"İki əsr tarixi olan kəndi ermənilər niyə ləğv edib?"

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “İki əsr tarixi olan kəndi ermənilər niyə ləğv edib?” adlı süjet hazırlanıb.

Publika.az xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ağsu, Ağtala, Ağtəpə, Ağudi toponimi və hidronimləri haqqında söz açılır.

Bildirilir ki, tayfa xisləti ilə yaşayan haylar türk-oğuz yurdlarını yalan, izitirmə və ləğvetmə siyasəti ilə girova çeviriblər.

AĞSU – Zəngəzur mahalının Qafan rayonunda çay adıdır. Bu hidronimin adı “keyfiyyətli, yararlı” mənasında işlənən “ağ” sözü ilə “çay” mənasında işlənən “su” sözünün birləşməsindən əmələ gəlib.

AĞSU - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayon ərazisində kənd olub. Burada 1829-cu ildən azərbaycanlılar yaşayıb. XIX əsrin axırlarında kənd ləğv edilib və indi xarabalığa çevrilib.

AĞSU ÇAYI - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda çay adıdır.

AĞTALA - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayon ərazisində kənd olub. 1930-cu illərdə indiki Ermənistan hökumətinin göstərişi ilə kənd ləğv edilib.

AĞTƏPƏ - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun ərazisində kənd olub. XX əsrin ortalarında azərbaycanlılar deportasiya edilib və kənd ləğv olunub. İndi ölü kənddir.

AĞUDİ – Zəngəzur mahalının Sisyan rayonunda kənd adıdır. Azərbaycanlılar buradan 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq vəhşicəsinə qovulublar. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan 22 nəfər evinə qayıdıb. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar yenidən etnik torpaqlarından tamamilə qovulublar. 1991-ci il aprelin 19-da kəndin adı dəyişdirilib Aqitu qoyulub.

Seçilən
3
2
publika.az

4Mənbələr