Sanksiyalar çərçivəsində 131 Avstraliya vətəndaşının Rusiyaya qeyri-müəyyən müddətə girişi bağlanıb.
“Azreform.info ” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi öz saytında bildirib.
Qeyd olunur ki, söhbət bu ölkədə anti-Rusiya gündəmi formalaşdıran hərbi sənaye kompleksinin nümayəndələri, jurnalistlər və ictimai xadimlərdən gedir.