Əməkdar artist Elnarə Abdullayeva müğənnilik peşəsi ilə kifayətlənmədiyini söyləyib.
News365.azxəbər verir ki, o, bir zamanlar ağartı məhsulları satdığını etiraf edib:
“Mən heç bir işdə çalışmağı özümə eyib bilmirəm. Əgər o iş mənim şəxsiyyətimi aşağılamırsa, o işdən niyə utanım? O vaxt Alatava qəsəbəsində qalırdıq.
Qardaşım da rayonda yaşayırdı. Kənddən ağartı məhsulları gətirirdi. Mən də onları məhləmizdə satırdım.
Qurban olum o süd- qatığın bərəkətinə.
Qatıq satmağımdan utanmıram. Həttə onu da deyim ki, bu işlə məşğul olanda kifayət qədər tanınırdım. Ancaq bundan çəkinmirdim”.