AZ

Yaşar Gülər Ostin ilə telefonla danışdı

Türkiyə Milli Müdafiə naziri Yaşar Gülərlə ABŞ-nin müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" səhifəsində paylaşım edilib.

Bildirilib ki, ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.

Türkiyəli nazir bir neçə gün öncə Ankarada baş verən terror hücumu ilə bağlı Pentaqon rəhbərini məlumatlandırıb. Qeyd edək ki, həmin hücumla bağlı PKK terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az

Seçilən
26
5
milli.az

10Mənbələr