AZ

Xalq artsitinin ölkədən çıxışına qadağa qoyulacaq?

Xalq artisti Ağadadaş Ağayev məhkəməyə verilib.

Gundem.az musavat.com-a istinadən bildirir ki, buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.

Belə ki, müğənniyə məxsus "Ağadadaş" MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunur.

İddiaya hakim Kənan Hüseynov baxacaq.

Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən "Medera" hospitaldakı qalmaqallı dava ilə gündəmə gəlib.

Seçilən
6
30
gundem.az

10Mənbələr