AZ

Qəzzada mülki əhalinin ölümlərinə heç nə haqq qazandıra bilməz -Makron

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qəzza zolağında dinc əhalinin ölümünə heç nə haqq qazandıra bilməz və hücumlar dayandırılmalıdır.

Redaktor.az xəbər verir ki, Makron Mərakeş parlamentindəki çıxışında İsrailin bir ildən artıqdır Qəzza zolağında fələstinlilərə qarşı hücumlarına toxunub.

Makron bildirib ki, Livanda atəşkəs olmalıdır. ABŞ və digər müttəfiqlərlə bu məsələ üzərində işləyirlər.

Fransa prezidenti Livan və Qəzzaya hücumları dayandırmaq üçün (İsrailə) hərbi ixracın dayandırılmasını tələb etdiyini də vurğulayıb.

Seymur BƏNNAYEV 

Seçilən
25
1
redaktor.az

2Mənbələr