Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, seçkilərin nəticələri başqa cür olsaydı, Qərbin dəstəklədiyi namizədlər vasitəsilə Gürcüstanda, bütövlükdə regionda yeni bir cəbhə açmaq, bölgəni xarici qüvvələrin təsiri altına almaq siyasəti həyata keçirilə bilərdi. Lakin bu planlar baş tutmadı. Gürcüstan xalqının iradəsinə əsaslanan seçkilər bir daha təsdiqlədi ki, qonşu ölkə öz milli maraqlarını qorumağa davam edir. Qərb seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyib. Hətta müşahidə aparan ATƏT də ciddi nöqsan tapmayıb. Amma bununla belə, Qərb dövlətləri Gürcüstana qarşı açıq şəkildə təhdid və təzyiqə başlayıblar. ABŞ Dövlət katibi Antoni Blinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel seçkilərdəki “pozuntuları araşdırmağa” çağırıblar. Böyük Britaniya XİN-i də “seçkilərdəki mümkün pozuntuları araşdırmağa” çağırıb. ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Miller isə daha da uzağa gedərək bildirir ki, Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində “seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər” olduğunu iddia edir. Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir. Heç bir fakt olmadığı halda, başda ABŞ olmaqla Qərb və Birləşmiş Ştatların proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyə başlayıblar. Əslində Qərb bununla növbəti dəfə özünü ifşa edir. Gürcüstanın daxili işlərinə müdaxilə cəhdləri bir daha təsdiqləyir ki, Qərb üçün demokratiya öz maraqlarını reallaşdırmaq üçün vasitədir.
Vüqar Rəhimzadə bildirib ki, bu gün Gürcüstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Daim regionda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olan Azərbaycan bunun üçün üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirir. Azərbaycanın birmənalı dəstəyi, Gürcüstanda yaşayan azərbaycanlıların seçki prosesində nümayiş etdirdiyi yüksək fəallıq da bunun bariz nümunəsidir.
Millət vəkili qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə siyasi iradəsi əsasında reallığa çevrilən qlobal layihələr regional əməkdaşlığın möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu üçlüyün daha da möhkəmlənməsində öz sözünü deyir. Azərbaycan istər Şimal-Cənub, istərsə də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə Asiyadan Avropaya daşınan yüklərin Gürcüstandan tranzit keçməsində maraqlıdır. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Çindən və digər Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə nəql olunan yüklər Azərbaycandan keçərək Gürcüstanın Qara dənizdəki limanlarına çatdırılır. Azərbaycanın tranzit imkanları əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu imkanlar həm ölkəmizə iqtisadi, həm də siyasi dividendlər qazandırır. Ermənistan qeyri-konstruktiv siyasəti ilə bu layihələrdən kənarda qalır. Müstəqilliyi formaq xarakter daşıyan bir ölkənin bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi qaçılmazdır.
7Mənbələr
-
baki-xeber.com“Qərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar”- Vüqar Rəhimzadə ( 12517852)
-
day.azQərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar - Vüqar Rəhimzadə ( 12516814)
-
olaylar.azVüqar Rəhimzadə: Qərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar ( 12516649)
-
musavat.com"Qərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar" ( 12515911)
-
demokrat.azVüqar Rəhimzadə:Qərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar ( 12515719)
-
az.trend.azQərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar - Vüqar Rəhimzadə ( 12515683)
-
ikisahil.azVüqar Rəhimzadə: Qərb dövlətləri açıq şəkildə Gürcüstana təhdid və təzyiqə başlayıblar ( 12515131)