AZ

Filarmoniyada Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin artistlərinin konserti keçirilib - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin artistlərinin konserti keçirilib. Öncəliklə Azərbaycan Dövlət Akademik Opera və  Balet Teatrının direktoru, Azərbaycan Respublikasının Xalq artisti Yusif Eyvazov konsertlə bağlı tamaşaçıları məlumatlandırıb.

Baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Rəna Rəhimova (viola), Aleksey Miltıx (violonçel)  və Rəhilə Nəzərova (pikkolo), Renata Abubəkirova (violin), Murad Tağıyev (qoboy), Alim Sadıqov (qoboy), Zərifə Alxazova (violin), Çolpon Amancalova (viola), Nicat Məmmədov (fleyta), Vaqif Qurbanov (violonçel), Mirxalid Məmmədzadə (fleyta) dinləyicilər qarşısında çıxış edib.

Proqramda rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
19
21
milli.az

8Mənbələr