AZ

ARDNF ilə Hassana İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Səudiyyə Ərəbistanı Krallığında investisiya imkanlarının araşdırılması məqsədilə Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Fondun məlumatına görə, Memorandum müştərək investisiyaların həyata keçirilməsi imkanlarını araşdırmağa imkan yaradaraq iki qurum arasında strateji əməkdaşlığın inkişafına töhfə verəcək.

Anlaşma Memorandumu Hassana İnvestisiya Şirkətinin icraçı direktoru Saad bin Abdulmohsen Al-Fadli və ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov tərəfindən imzalanıb.

Seçilən
7
2
vergiler.az

10Mənbələr