"Ucqar rayonlarda məktəblərdə istilik təchizatı qənaətbəxşdir".
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, ucqar rayonlardakı təhsil müəssisələri 24 noyabr tarixinə qədər zəruri odun təchizatı ilə təmin ediləcək.