AZ

Kazanda Putin-Quterreş görüşü niyə qapalı keçirilib? KREMLDƏN AÇIQLAMA

Kreml Rusiya Prezidenti Vladimir Putinlə BMT Baş katibi Antonio Quterreş arasında Kazanda keçirilən danışıqların niyə qapalı keçirilməsinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin-Quterreş görüşü BMT Baş katibinin xahişi ilə qapalı keçirilib.

Kremlin sözçüsü Putin və Quterreşin Kazanda keçirilən görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını söyləyib.

Qeyd edək ki, oktyabrın 22-24-də Kazan şəhərində BRİCS sammiti keçirilib. 30-dan çox ölkə başçısının iştirak etdiyi tədbirdə BMT Baş katibi də iştirak edib.

Seçilən
5
6
korrespondent.az

7Mənbələr