AZ

Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar - SİYAHI

2024-cü il oktyabr ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 26 mlrd. 705 mln. 792 min manat təşkil edib ki, bunun da 76.8%-i və ya 20 mlrd. 508 mln. 705 min manatı Bakı şəhərinin payına düşüb.

Bakıvaxtrı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhərinə verilib. Belə ki, Bakı şəhərinə verilən ümumi kreditlərin orta fazi dərəcəsi 11.65%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 13.37% təşkil edib.

Hesabat dövründə ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 179 milyon 179 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.18%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 19.21% olub.

Aşağıdakı cədvəldə regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələri verilib.

İqtisadi RayonlarÜmumi Kreditlər Min. ManatOrta Faiz DərəcəsiManatla olan kreditlərManatla Kreditlərin Orta Faiz Dərəcəsi!
Bakı iqtisadi rayonu20.508.70511,65%16.083.31713,37%
Abşeron-Xızı iqtisadi rayonu997.28715,99%949.26916,47%
Gəncə-Daşkəsən iqtisadi rayonu793.52716,97%777.59117,22%
Lənkəran-Astara iqtisadi rayonu617.57418,98%615.91619,01%
Mərkəzi Aran iqtisadi rayonu531.50318,61%526.51918,72%
Qazax-Tovuz iqtisadi rayonu499.36318,44%491.21918,65%
Qarabağ iqtisadi rayonu473.09718,92%472.40218,93%
Quba-Xaçmaz iqtisadi rayonu449.96317,19%436.21517,54%
Şirvan-Salyan iqtisadi rayonu423.58718,69%407.07219,20%
Naxçıvan iqtisadi rayonu417.13414,04%416.82514,05%
Şəki-Zaqatala iqtisadi rayonu356.30317,03%317.89718,25%
Mil-Muğan iqtisadi rayonu286.07218,82%286,067 118,82%
Dağlıq Şirvan iqtisadi rayonu179.17919,18%178.71919,21%

 

Seçilən
13
4
bakivaxti.az

10Mənbələr