AZ

Coşqun Rəhimov: "Könül Kərimovanı parodiya etdiyimə görə irad bildirdi"

Əməkdar artist Coşqun Rəhimov ARB televiziyasında yayımlanan "İzzət şou" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, İzzət Bağırovun "Parodiya etdiyinizə görə sizdən inciyən müğənni olub" sualına Coşqun Rəhimov belə cavab verib: “Müşfiq Abbasov müraciət edir ki, filan müğənnini oynaya bilərsən? Çətinlik çəkməzsən? Yaxud bu insanı analiz et və düşün ki, parodiya edə bilərsən?

Parodiya özü böyük bir sənətdir. Xatun Əliyeva da arada parodiya edir, özünü zibilə salır. Hansı müğənninin parodiya etmişəm, sevərək etmişəm. Könül Kərimovanı parodiya etdiyimə görə incidi və irad bildirdi. Ondan sonra bir daha onu parodiya etmədik”.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
17
teleqraf.com

1Mənbələr