AZ

Abituriyentlərə şad xəbər — Plan yerləri artırılır

Regionlarda ali təhsil müəssisələrinə qəbulda plan yerlərinin artırılması hədəflənir. Elm və təhsil naziri Emin Əmrullayev bu barədə jurnalistlərə açıqlama verərkən bildirib ki, daha çox şəxsin ali təhsil alması qarşıya məqsəd qoyulub: “Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə 2 dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-cı ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik”. Nazirin fikrincə, bu rəqəm daha da artacaq: “Çünki bu il həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başlayıb. Nazirlik qəbul planının, əsasən, regionlarda artırılmasının tərəfdarıdır. İstəyimiz odur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün. Yəni oradakı universitet 1000 nəfərlik olmasın", - deyə E.Əmrullayev əlavə edib. 

Məsələyə təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında münasibət bildirib. R.Fikrətoğlu plan yerlərinin artırılmasını dəstəkləyir:

“Bu il plan yeri 60 minə yaxın oldu. İki il ərzində plan yerlərinin 15 min artırılması böyük rəqəmdir. Bu, ölkədə ali təhsilli şəxslərin sayının artması deməkdir. Plan yerlərinin artırılması, əslində, keçid ballarını tam tənzimləmir. Çünki burada sualların hansı səviyyədə olması məsələsi də var. Bunu nəzərə alaraq deyə bilmirik ki, keçid balları azalacaq ya artacaq. Amma plan yerlərinin artırılması daha çox keçid ballarının aşağı düşməsi ilə müşayiət edilir. Buna baxmayaraq əksi də baş verə bilər. Məsələn, bu il plan yeləri artdı, keçid balları da qalxdı. Hər bir halda, plan yerlərinin artırılması abituriyentlərin xeyrinədir. Keçid ballarının aşağı düşməsi müşahidə edilə bilər”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
11
demokrat.az

1Mənbələr