Məsələyə təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a açıqlamasında münasibət bildirib. R.Fikrətoğlu plan yerlərinin artırılmasını dəstəkləyir:
“Bu il plan yeri 60 minə yaxın oldu. İki il ərzində plan yerlərinin 15 min artırılması böyük rəqəmdir. Bu, ölkədə ali təhsilli şəxslərin sayının artması deməkdir. Plan yerlərinin artırılması, əslində, keçid ballarını tam tənzimləmir. Çünki burada sualların hansı səviyyədə olması məsələsi də var. Bunu nəzərə alaraq deyə bilmirik ki, keçid balları azalacaq ya artacaq. Amma plan yerlərinin artırılması daha çox keçid ballarının aşağı düşməsi ilə müşayiət edilir. Buna baxmayaraq əksi də baş verə bilər. Məsələn, bu il plan yeləri artdı, keçid balları da qalxdı. Hər bir halda, plan yerlərinin artırılması abituriyentlərin xeyrinədir. Keçid ballarının aşağı düşməsi müşahidə edilə bilər”.
Törə Zeynallı
Demokrat.az