AZ

“Elsevier” və “Clarivate”nin birgə mütəxəssis hazırlığı proqramı yekunlaşdı

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətləri tərəfindən ilk dəfə elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı həyata keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, proqramın məqsədi ölkədə “Scopus” və “Web of Science” kimi elmmetrik və bibliometrik bazaları ekspert səviyyəsində tətbiq edə biləcək mütəxəssislər yetişdirməkdir.  

Hazırlıq proqramına qatılan 70 nəfər iştirakçı sırasından yekunda 28 nəfər “Elsevier” və “Clarivate” şirkətlərinin birgə sertifikatını əldə edib. 

Qeyd edək ki, proqramı müvəffəqiyyətlə bitirən şəxslər elmi göstəricilərin ölçülməsini daha dəqiq aparacaq, tədqiqatçılara ədəbiyyat axtarışlarında dəstək göstərəcək, həmçinin elmi işlərin dərci üçün keyfiyyətli jurnal seçiminə öz töhfələrini verəcəklər.





Seçilən
6
7
qafqazinfo.az

8Mənbələr