AZ

Aktyorun ölüm xəbərinin yayılma səbəbi bu imiş 

Bir neçə gün əvvəl öz sosial şəbəkə hesablarında ölüm xəbəri paylaşılan aktyor Ruslan Sabirli sosial şəbəkə hesabında canlı yayım açaraq məsələyə aydınlıq gətirib.

Sənətçi telefonunun oğurlandığını və onunla bağlı belə bir paylaşım edildiyini deyib:

"Telefonumu ya oğurlayıblar, ya da itimişəm və kimsə tapıb. Həmin gün bir neçə tədbirdə olmuşam. Amma necə olub ki, telefon götürülüb, bilmirəm. Yaxınlarım bilir ki, telefona parol da qoymuram. Bircə, bank kartlarımın parolunu dəyişdim. Dostlarımın telefonu ilə mesaj yazırdıq. Telefonumda intim yazışmalar, fotolar axtarıblar tapmayıblar. Mənə belə bir zərbə vurdular. Anam üçün qorxurdum. Saytlar yazmışdı, anam da stress keçirdib. Bütün günümüz ağlamaqla keçdi.

Dostlarım yardım etdi və bir gün sonra telefonumu tapa bildik. Telefonu mənə geri qaytardılar"./ Yenisabah.az 


Seçilən
21
3
referans.az

4Mənbələr